Ultrasəslə qiymətləndirilən vəziyyət
Böyrək və sidik axarı daşları
Böyrək daşı sidik axarına düşəndə qəfil, dalğavari, bel və yandan qasığa yayılan ağrı (böyrək sancısı) yaradır. USM böyrəkdəki daşları və sidik yollarının genişlənməsini göstərir. Sidik axarındakı kiçik daşlar həmişə görünmür. Bu halda həkim aşağı dozalı KT təyin edə bilər. Müalicəni uroloq təyin edir.
Praktikadan (anonim)
- Qəfil sancışəkilli ağrı və qusma ilə gələn pasiyentdə böyrəkdə çoxsaylı kiçik daşlar və sidik axarına düşmüş daş aşkarlanıb. Pasiyent uroloqa yönləndirilib.
- Kəskin sol tərəfli ağrı ilə gələn pasiyentdə sol böyrəkdə daş və kista, sidik axarını tıxayan daş aşkarlanıb.
Ümumi tibbi məlumat
Əlamətlər
- qəfil sancışəkilli ağrı;
- ürəkbulanma, qusma;
- sidikdə qan;
- tez-tez sidiyə getmə.
Nə vaxt təcili müraciət etməli?
Hərarətlə müşayiət olunan sancı, sidiyin dayanması və ya tək böyrəyi olan pasiyentdə sancı təcili vəziyyətdir.
Yenilənib: 02.10.2026