Praktikadan

Praktikadan anonim hallar

Aşağıdakı hallar Dr. Emil Yusifin öz paylaşımlarından götürülüb. Şəxsiyyəti açan məlumatlar (təvəllüd ili, yaş, ad) çıxarılıb. Hər hal fərdidir: başqa pasiyentdə eyni nəticə olacağına zəmanət vermir. Hallar ultrasəsin imkanlarını və onun digər müayinələrlə necə tamamlandığını göstərmək üçündür.

  1. 01 Qəbizlik Yoğun bağırsaq divarında şübhəli qalınlaşma Kolonoskopiya və histoloji müayinə ilə təsdiq
  2. 02 Rutin müayinə Enən çənbər bağırsaq divarında dəyişiklik Kolonoskopiya və biopsiya
  3. 03 Ciddi şikayət yox Mədə divarında şübhəli törəmə Histoloji təsdiq
  4. 04 Öd kisəsi əməliyyatından sonra davam edən ağrı Ümumi öd axarında daş ERCP ilə çıxarılıb
  5. 05 Sancı (rayondan müraciət) Öd axarının aşağı hissəsində tıxayan daşlar Cərraha yönləndirmə
  6. 06 Sağ qalça çuxurunda ağrı İltihablı appendiks Cərraha yönləndirmə
  7. 07 Sol tərəfli qarın ağrısı Divertikulit əlamətləri Müalicə edən həkimə yönləndirmə
  8. 08 Uzun müddət hamilə qala bilməmək Endometrial polip Ginekoloqa yönləndirmə
  9. 09 Qarın ağrısı (qadın pasiyent) Uşaqlıq borusunda hamiləlik Təcili ginekoloji yardım
  10. 10 Övlad problemi Xayada şiş Müvafiq mütəxəssisə yönləndirmə
  11. 11 Uzunmüddətli yüksək təzyiq (gənc pasiyent) Böyrəküstü vəzidə törəmə Endokrinoloji qiymətləndirmə
  12. 12 Böyrək müayinəsi, üzdə şişkinlik Boyun venasında tromb, plevral boşluqlarda maye KT ilə dəqiqləşdirmə
  13. 13 Süd vəzisində şişkinlik Şübhəli törəmə Mammoloq tərəfindən biopsiya, nəzarət
  14. 14 Qəfil sancı və qusma Böyrəkdə çoxsaylı xırda daşlar, sidik axarında daş Uroloqa yönləndirmə
  15. 15 Qaraciyər riskləri Adi USM-də aydın olmayan irəliləmiş fibroz (elastoqrafiya) Hepatoloqa yönləndirmə
  16. 16 Uşaqda qarın ağrısı Öd kisəsi daşı Qastroenteroloq və hematoloq məsləhəti

USM tapıntını göstərir. Son diaqnoz bəzən endoskopiya, KT, MRT, laborator və ya histoloji müayinə ilə qoyulur. Müalicə qərarını müalicə edən həkim verir.

Dr. Emil YusifRadioloq · USM mütəxəssisi

Müayinə, şikayət, xəstəlik və ya mövzu adını yazın.

Dr. Emil Yusif

Radioloq, USM mütəxəssisi

Real Tibb Mərkəzi
Sumqayıt şəhəri, 45-ci məhəllə, 14 saylı bina